Ruhanidən ABŞ-a 30 minlik qoşun etirazı - “Müstəqilliyə ziddir”

ruhaniden-abs-a-30-minlik-qosun-etirazi
Oxunma sayı: 1637

İran prezidenti Hәsәn Ruhani ABŞ-ın Suriyada yaratdığı 30 min nәfәrlik terror ordusunun bölgәdә gәrginliyi artıracağını vә müharibәni qızışdıracağı ilә bağlı xәbәrdarlıq edib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Ruhani ABŞ-ın Suriya ilə bağlı yeni planının beynəlxalq qanunlara zidd olduğunu və Suriyanın müstəqilliyinə təhlükә yaratdığını deyib.

İran xarici işlәr naziri Bәhram Kasımi dә dünәn axşam verdiyi açıqlamada ABŞ-ın Suriya ilә bağlı planının regionda gәrginliyi artıracağını vә müharibәni qızışdıracağını söylәyәrәk ABŞ-a Suriya әrazisini tәrk etmәsi ilә әlaqәdar xәbәrdarlıq etmişdi.