Ruhanidən ABŞ-ın yeni sanksiya qərarına cavab - “Peşman olacaq”

ruhaniden-abs-in-yeni-sanksiya-qerarina-cavab
Oxunma sayı: 1540

İran prezidenti Həsən Ruhani ABŞ-ın yeni sanksiyalar tətbiq etməsinə münasibət bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani Amerikanın bu addımına görə peşman olacağını deyib. Onun sözlərinə görə, İran bütün dünyaya göstərəcək ki, sanksiyalara baxmayaraq, “sözünün üstündə durur”. Ruhani ölkə əhalisini Vaşintqonun yeni sanksiya tədbirlərinə qarşı bir olmağa çağırıb. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İran əleyhinə yeni qərar qəbul edib. Qərara görə, 7 avqustdan sonra İranın ABŞ dolları və metallardan istifadəsinə imkan verilməyəcək. Həmçinin, İranın energetika sektoruna, ABŞ-ın “qara siyahı”sındakı İran vətəndaşlarına, nəqliyyat və gəmi inşasına dəstək verənlər də sanksiyaya məruz qalacaqlar.