Ruhaninin adını qalın şriftlərlə yazdılar... - Seçkidə pozuntu

ruhaninin-adini-qalin-sriftlerle-yazdilar
Oxunma sayı: 652

İranda prezidentliyə namizədlərin adlarının yer aldığı siyahıda pozuntu aşkarlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İranın hazırki prezidenti Həsən Ruhaninin adı rəqibləri ilə müqayisədə daha qalın şriftlərlə qeyd olunub. 

Məlumatı yayan Tasnim agentliyi bunun açıq-aşkar təşviqat olduğunu qeyd edib. Eyni zamanda, oxşar situasiyanın əksər seçki məntəqələrində qeydə alındığı vurğulanır.