Ruhi sabah Bakıya hansı məşhuru gətirəcək?

ruhi-sabah-bakiya-hansi-meshuru-getirecek
Oxunma sayı: 1376


“Qafqazinfo” xəbər verir ki, Axşam.az-ın məlumatına görə, verilişin ilk günündən tamaşaçıları sürprizlər gözləyir. Belə ki, xalq artisti Brilliant Dadaşova ad gününü “Özünə bax 2”də canlı yayımda qeyd edəcək. 

Layihə rəhbəri Ruhi Əliyeva tamaşaçılara sürpriz hazırlayıb. Hələ ki, adı sirr saxlanılar türkiyəli müğənni verilişin qonağı olacaq.

Qeyd edək ki, “Özünə bax 2” sentyabrın 16-dan ATV telekanalında həftə içi hər gün saat 15:30-dan 17:00-a kimi canlı yayımlanacaq. Özünə və zövqünə güvənən xanımlarımız müsabiqədə iştirak etmək üçün atv.az saytında qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır.

Birinci yerin sahibinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət veriləcək.