Ruhi xəstə qəsəbə sakinini, daha sonra özünü bıçaqladı

ruhi-xeste-qesebe-sakinini-daha-sonra-ozunu-bicaqladi
Oxunma sayı: 637

Yanvarın 20-də, Hövsan qəsəbəsində, qəsəbə sakinləri, ruhi xəstələr Tural Abdullayev və qardaşı Elnur Elxan Ağayevlə mübahisə edib, nəticədə Tural bıçaqla Elxanı qətlə yetirib. Hadisədən sonra T.Abdullayev bıçaqla özünə xəsarətlər yetirərək 2 saylı Ruhi Əsəb Dispanserinə yerləşdirilib. Elnur Abdullayev isə Suraxanı RPİ CAŞ, NMB və 30-cu PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 20-də, Səbail rayon sakini Natiq Məmmədov Y.Mürsəlov küçəsində yerləşən mənzilində, qonağı, Bakı şəhər sakini Zöhrab Qurbanova bıçaqla bədən xəsarətləri yetirdiyi üçün Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Yanvarın 17-də, Xəzər rayon sakini Ramilə Məmmədovanın Məktəbli küçəsində yerləşən evindən, pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə qızıl-zinət əşyaları oğurlanıb. Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elçin Hüseynov yanvarın 20-də yaxalanıb.

Yanvarın 19-na keçən gecə Bakı şəhər sakini İlham Rəfiyevə məxsus Yusifbəyli küçəsində yerləşən mağazadan qapının qıfılını sındırma yolu ilə danışıq kartları və 100 manat oğurlanıb. Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən İsmayıllı rayon sakini Rəşad Məmmədov yanvarın 20-də yaxalanıb.

Yanvarın 19-da Çobanzadə küçəsində yerləşən Bakı şəhər sakini Cəsarət Rəhimova məxsus yarımçıq tikilidən 150 metr kabel oğurlanıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Tural Məmmədov yanvarın 20-də yaxalanıb.

Yanvarın 19-da naməlum şəxslər İ.Qutqaşınlı küçəsində yaşayan Türkiyə vətəndaşı Ulucay Zəki oğluna bıçaqla hədə-qorxu gələrək 2000 manatını və mobil telefonunu əlindən alıb. Yasamal RPİ CAŞ və 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Əzizov və Samir Arzumanov yanvarın 20-də yaxalanıb, digər şəxslərin yaxalanması istiqamətində əməliyyat tədbirləri keçirilir.

Yanvarın 19-da, Xətai prospektində yerləşən inşaat mağazasında, Bakı şəhər sakinləri Yusif Qarayev şəxsi münasibətlər zəminində mağaza sahibi Fuad İsmayılovu büçaqla qətlə yetirərək, könüllü olaraq Nəsimi RPİ 22-ci PB-yə təslim olub.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, İlham Bağırzadədən 1 ədəd «Brovnik» markalı tapança aşkar edilərək götürülüb.

Yasamal RPİ NMB, CAŞ və PPXB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zikrət Şirinovdan 245 qram heroin aşkar edilərək götürülüb.

Yasamal RPİ CAŞ və 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Samir Mustafayev yanvarın 19-da yaxalanıb. Müəyyən edilib ki, o, 2012-ci il dekabrın 26-na keçən gecə, Bakı şəhər sakini Ramil Əliyevə məxsus Z.Xəlilov küçəsində yerləşən internet klubdan jalüzü sındırma yolu ilə 9 ədəd prosessor və 7 ədəd monitor, bu ilin yanvarın 2-nə keçən gecə isə, Bakı şəhər sakini Nicat Vəliyevə məxsus H.Cavid prospektində yerləşən dönər köşkündən pəncərəni sındırma yolu ilə 80 manat, siqaretlər, mayonez, yanvarın 7-nə keçən gecə, Bakı şəhər sakini Rəşad Əsdiyevə məxsus A.Şərifzadə küçəsində yerləşən kafedən qapını sındırma yolu ilə 2 ədəd görüntü kamerası, tüner və yanvarın 17-də Bakı şəhər sakini Samir Yolçuyevə məxsus H.Cavid prospektində yerləşən mağazadan qapının qıfılını sındırma yolu ilə musiqi mərkəzi, noutbuk və karniz aksesuarları oğurlayıb.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan Elfaq Məsimov yanvarın 20-də yaxalanıb.

Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Bəşir İsmayılov yanvarın 20-də yaxalanıb.