Ruhidən “Qadına qarşı şiddətə son” sosial aksiyası - Fotolar

ruhiden-qadina-qarsi-siddete-son-sosial-aksiyasi
Oxunma sayı: 5040

Ötən gün Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin dəstəyi və “Liatris Holding”in təşkilatçılığı ilə tədbir keçirilib. “Qafqazinfo” xəbər verir ki, “Qadına qarşı şiddətə son” adlı sosial aksiyada millət vəkilləri, ictimai xadimlər, yazarlar, incəsənət və media nümayəndələri iştirak edib. 

Leyla Quliyevanın aparıcılıq etdiyi təbdirdə, əvvəlcə əsas sosial çarx təqdim olunub.  Aktrisa Sevinc Əliyevanın rol aldığı qısa film qadına zorakıılıq mövzusunda lentə alınıb.  

Daha sonra iş xanımı Ruhi Əliyeva tribunaya çıxaraq xanımlara şiddətlə bağlı statistik rəqəmləri açıqlayıb, zorakılığa etirazını bildirib. 
Bundan əlavə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi, millət vəkilləri çıxış ediblər. 

Tədbirdə “Qadına qarşı şiddətə son” adlı yazı, video və rəsm müsabiqəsinin qaliblərinin adları açıqlanıb, onlara hədiyyə, diplom və pul mükafatı təqdim edilib. 

“Qafqazinfo”nun əməkdaşları Elvin Elxan və Nuran Məmmədovun hazırladığı video birinci yerə layiq görülüb. Həmin layihədə tanınmış aktrisa Günay Əhməd rol alıb. 

Bundan sonra xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar canlı olaraq çıxış ediblər.  İfadan sonra xalq artisti, aktrisa Afaq Bəşirqızı kürsüyə çıxaraq “Qadın” adlı televiziya proqramının yaradılmasını təklif edib. Tədbir xalq artisti Nəzakət Teymurovanın ifası ilə başa çatıb.