Ruhini ağlatdılar - - Video

ruhini-aglatdilar-
Oxunma sayı: 6213


Biznes-ledi Ruhi Əliyeva bu gün  “APA TV”də yayımlanan “Üç valet” verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə,  aparıcıların suallarını cavablandıran Ruhi övladlarından söhbət açıb:

“Allahımı tanıyan adamam. İstəyirəm uşaqlarım da dinli-imanlı olsunlar. Onlara görə üzüqara, başıaşağı olmaq istəmirəm. Övladlarım ən dəyərli varlığımdır. Hələ çox balacadırlar, iki yaşları olmayıb. Böyüsünlər onlar haqda daha sonra danışacam”. 

 Ruhi daha sonra ilk sevgisindən danışıb: 

“Orta məktəbdə sevməmişəm. Ümumiyyətlə, bu yaxın illərə qədər sevməmişdim. Bu yaxınlarda sevmişəm. Sevgi insana çox şey verir. Sevgi insanın daxilini gözəlləşdirir, dünyaya baxışını dəyişir. Sevən insan qəddar ola bilmir. Sevgini başa düşmək lazımdır. “Sevdim atdım, bitdi” deyənlər yalan deyir. Sevgi qəlbin dərinliklərində qalır, sevən insan hər zaman sevir”.

Aparıcı İlqar Rəsulun “Evinizin həm qadını, həm kişisisiniz. Çətin deyil ki?” sualına R.Əliyeva “Bəli, elədir. Lakin hər bir qadın tam qadın olmaq istəyər. Tam qadın olmaq heç vaxt alnıma yazılmadı” deyərək ağlayıb.