Rumana və daha 9 kənd azad edilib

rumana-ve-daha-9-kend-azad-edilib
Oxunma sayı: 1235

İraq ordusu Rumana rayonunu və 9 kəndi İŞİD terror qruplaşmasından azad edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əməliyyata rəhbərlik edən Əbdüləziz-Əmir Yarallanın bəyanatında deyilir.

“Hərbi bölmələr Fərat çayını keçərək Rumana körpüsü üzərində nəzarəti ələ alıblar. Bundan əlavə 9 kənd də azad edilib”,- deyə bəyanatda qeyd edilib.