Rumıniyada Heydər Əliyevin xatirəsi anılıb

ruminiyada-heyder-eliyevin-xatiresi-anilib
Oxunma sayı: 1031

Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı Rumıniyada anım tədbiri keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli, Səfirliyin əməkdaşları, Rumıniya Azərbaycanlıları Birliyinin üzvləri Buxarestdə Heydər Əliyev prospektində yerləşən Tey parkında ulu öndərin büstünü ziyarət ediblər.

Daha sonra tədbir əvvəlcədən müəyyən edilmiş zalda davam etdirilib. Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən, sovet dövründən ömrünün son illərinədək Azərbaycanın inkişafında, Azərbaycan-Rumıniya münasibətlərinin formalaşması və genişləndirilməsində əvəzedilməz rolundan danışıb. 

Daşqın Rəcəbli çıxış edərək dahi Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq idealogiyasından, diaspor quruculuğuna verdiyi misilsiz töhfələrdən danışıb. 

Tədbirdə Heydər Əliyevin yaxın dostu, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku çıxş edərək ulu öndərlə bağlı xatirələrini bölüşüb, iki ölkə arasındakı münasibətlərin inkişafında Heydər Əliyevin rolundan bəhs edib.

Tədbirdə Heydər Əliyevə həsr edilmiş  “Böyük ömrün anları” filmi nümayiş olunub.