Rumıniyada Novruz bayramı keçirildi- - Fotolar

ruminiyada-novruz-bayrami-kecirildi-
Oxunma sayı: 1392


“Qafqazinfo” xəbər verir ki, tədbirdə azərbaycanlı və rumın deputatlar, Azərbaycanın, Türkiyənin, Türkmənistanın və Belarusun səfirləri, Rumıniyanın Xarici İşlər, İqtisadiyyat nazirliklərinin, Mədəniyyət İnstitutunun rəhbərliyi və əməkdaşları, Buxarest şəhərinin rayonlarının icra hakimləri, türkiyəli iş adamları, türk-tatar icmasının təmsilçiləri, diaspor təşkilatlarının təmsilçiləri, ARDNŞ-in Rumıniya nümayəndəliyinin birgə işlədiyi şirkətlərin rəhbərləri iştirak ediblər. Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək Naxçıvanın tarixi barədə məlumat verib. O, Novruz bayramının Azərbaycanın hər bir bölgəsində yüksək əhval-ruhiyyə ilə keçirildiyini söyləmişdir. O, əmin olduğunu bildirmişdir ki, bu bayram tezliklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal altında olan digər rayonlarında keçiriləcək. Rumıniya–Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Yulian Yanku Novruz bayramı və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib. O, xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirməsində parlamentlərarası işçi qrupunun rolunu qeyd etmişdir. Naxçıvan Muxtar Respublikası və Novruz bayramı haqqında filmlərin göstərildiyi tədbir Əməkdar Artist Tünzalə Ağayevanın və rumın musiqiçilərin ifalarında konsert proqramı ilə davam edib.