Rumıniyada qar uçqunu olub - Ölənlər var

ruminiyada-qar-ucqunu-olub
Oxunma sayı: 652

Rumıniyanın qərbində iki yeniyetmə qar uçqununun qurbanı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə  “Associated Press” agentliyi məlumat yayıb.

Hadisə Retezat milli parkı ərazisində yerləşən dağlarda baş verib. Uçqun nəticəsində 13 və 14 yaşlarında iki yeniyetmə dünyasını dəyişib. Xilasedicilər sözlərinə görə, qrupun digər 3 üzvü zərər çəkməyib.

Yerli hökumət qar uçqunu təhlükəsi ilə bağlı xəbər edilib.