Rumınlar Quba məzarlığında oldular

ruminlar-quba-mezarliginda-oldular
Oxunma sayı: 633

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, paytaxt Buxarestin II sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanunun başçılıq etdiyi 20 nəfərlik nümayəndə heyəti əvvəlcə Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovla görüşüb. Sonra qonaqlar “Qədim Quba” özəl xalçaçılıq müəssisəsinə gediblər. Onlar əyani şəkildə xalçatoxuma prosesini izləyiblər.
Quba soyqırım məzarlığını da ziyarət edən Rumıniya nümayəndə heyətinin üzvləri burda gördüklərindən dəhşətə gəldiklərini bildiriblər.

YAP icra katibinin müavini Mübariz Qurbanlı və partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev müşayiət edib.