“RUN” beynəlxalq investisiyaları Azərbaycana gətirir - Fotolar

“RUN” beynəlxalq investisiyaları Azərbaycana gətirir
Oxunma sayı: 2183

“RUN Construction and Investment Company” (RUN Tikinti və İnvestisiya şirkəti) ölkə iqtisadiyyatının inkişafı, siyasi sabitlik, o cümlədən sosial-iqtisadi  sahədə həyata keçirilən yüksək geniş miqyaslı quruculuqda yaxından iştirak etmək, eləcə də ölkə başçısının göstərişi ilə yeni inkişaf strategiyasina uyğun tərtib edilmiş “Strateji yol xəritəsi”ndə nəzərdə tutulmuş planların həyata keçirilməsinə həm birbaşa, həm də dolayısı yolla töhfə vermək məqsədi ilə yaradılmışdır.

"Qafqazinfo" xəbər verir ki, şirkətin qarşısında duran başlıca məqsədlərdən biri ölkəmizdə turizm, tikinti, kənd təsərrüfatı və bu kimi digər sahələrdə beynəlxalq rəqabətə davamlı istirahət mərkəzlərinin, aqrar komplekslərin və istehsal müəssisələrinin xarici investisiya hesabına yaradılmasıdır.

Xüsusilə son dövrlərdə ölkədə turizmin surətli inkişafı bu sahəyə xarici investorların cəlb edilməsi və ölkənin turizm potensialının inkişaf etdirilməsi ilkin prioritet təşkil edir. Bu inkişaf  şirkətin diqqət mərkəzindədir. Bölgələrdə həm turizm infrastrukturunun təkmilləşdirilməsi, həm də yeni istehsal sahələrinin yaradılması baxımından ilkin mərhələdə nişasta zavodunun, resort otellər, sağlamlıq mərkəzləri və əyləncə mərkəzlərinin inşası istiqamətində işlər artıq icra mərhələsindədir. Bu sahədə Şirkət həm müfaviq nazirliklərlə, (Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi) həm də yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edir. Belə ki, ölkə əhalisinin məşğulluq dərəcəsinin artırılması diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Belə ki, icrası planlaşdırılan hər bir layihənin reallaşması həm bölgənin inkişafı, həm də yeni iş yerlərinin açılması baxımından müstəsna rol oynayacaqdır.

“RUN Construction and İnvestment Company” ölkədə qeyri-neft sektoruna inversisiyaların cəlb olunmasına əhəmiyyətli dərəcədə fikir verir və fəaliyyətində də bu amili xüsusi olaraq inkişaf etdirir. Belə ki, baş podratçısı Türkiyənin ”Doğuş Holding” şirkətinə aid “Ayson” inşaat, sifariçisi “RUN Construction and İnvestment Company” olan “Göygöl Buğda Nişastasının Emalı Zavodu”nin inşası layihəsi məhz belə layihələrdəndir. Göygöl rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən layihə regionlarda yeni iş yerlərinin açılması, bölgələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, qeyri-neft sektoruna investisiyaların yatırılması istiqamətində uğurlu addımdır. Zavodda 500 nəfər daimi, 800 nəfərin mövsümi işlə təmin olunması nəzərdə tutulur.

Azərbaycanda turizimin inkişafına, xüsusilə bölgələrdə olan turizm potensialının üzə çıxarılması və özəl sektorun bu sahədəki fəaliyyətinə uyğun olaraq, 5 ulduzlu “Göygöl Resort hotel”in inşası layihəsi  “RUN Construction”un mükəmməl layihələrindən biridir. 16 hektar ərazidə yerləşəcək “Aqua Park Resort Hotel”də 600 nəfərlik qonaq tutumu planlaşdırılır.

Bu istiqamətdə “Göygöl sanotoriya kompleksi”nin tikintisi də öz töhfəsini verəcəkdir. Həm yerli əhali üçün,  həm də Azərbaycanın bütün bölgələrindən gələnlər üçün burada yaradılan yüksək səviyyəli səhiyyə xidmətindən yararlanmaq imkanı olacaqdır. Azərbaycanın hüdudlarından kənardan da respublikamızın təbiətinin bəxş etdiyi və “RUN Construction and İnvestment Company” nin yaratdığı sağlamlıq-sanatoriya kompleksində əsas diqqət insanların yüksək səviyyəli, tibbi və estetik xidmətdən bəhrələnməsidir. Bu layihənin də əsas hədəf xətlərindən biri yerlərdə yeni iş imkanlarının təqdim olunması, bölgələrdə yaşayan əhalinin işsizliyinin aradan qaldırılmasına, bununla da. Insanların sosial rifahının yüksəldilməsinə nail olmaqdır. 3 hektar ərazidə sağlamlıq-bərpa mərkəzinin tikintisi həyata keçiriləcək.

“RUN Construction and İnvestment Company”nin layihələri içəsrisində öz orijinallığı ilə seçilən və ölkəmizdə nadir “ALL SEASONS CENTER”in (Bütün fəsillər) inşası layihəsi estetik və layihənin qeyri-adi tərzi ilə diqqəti cəlb edir. Burada İlin 4 fəslini əks etdirən qapalı məkanda qış və yay turizminə məxsus infrastrukturun qurulması və təqdimatı planlaşdırılır. Layihənin inşası Xızı rayonu ərazisində Şurabad qəsəbəsində nəzərdə tutulur. 200 hektar ərazidə gündəlik 10.000 qonaq qəbul etmək gücündə olan möhtəşəm kompleks özündə ümumi sayı 10 olmaqla 4 ədəd  5 ulduzlu və 6 ədəd 4 ulduzlu oteli özündə birləşdirir. Bu kimi böyük layihənin reallaşması Azərbaycanda bölgələrdə turizmin inkişafı, yerli əhali üçün iş yerlərinin açılması və işsizliyin aradan qaldırılmasında dövlətimizin apardığı daxili iqtisadi siyasətin bariz təcəssümüdür.  

Qusarda yay turizminin inkişafına uyğun olaraq, 5 ulduzlu “Qusar Resort hotel”in inşası layihəsi  “RUN Construction”un mükəmməl layihələrindən biridir. 60 hektar ərazidə yerləşəcək “Aqua Park Resort Hotel”də 600 nəfərlik qonaq tutumu planlaşdırılır.

“RUN Construction and İnvestment Company”nin  unikal layihələrindən biri də Koreyanın “NOROO KIBAN” şirkətinin investorlarını cəlb etməklə reallaşdırılacaq “AGROPARK”in inşası layihəsidir. Bu layihə bölgələrdə kənd təsərrüfatının, meyvəçilik və bağçılığın inkişafına yönəldilir. Belə ki, Samux rayonu ərazisində 60 hektar ərazidə Müasir İstixana Kompleksi də inşa ediləcək.

“RUN Construction and İnvestment Company” tərəfindən Baş Podratçısı Başak İnşaat olan “AZERBAİJAN STELLA RESİDENCE”ın inşası layihəsi isə, Çinin “KUNMİNG&SWISS” şirkəti tərəfindən həyata keçirilir. Burada həm xarici inverstorların cəlb edilməsi, həmçinin qeyri-neft sektorunun inkişafı ilə bağlı özəl sektorun fəaliyyətinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərində Ağ Şəhər ərazisində 2 mərtəbəsi hərəkətli olan, ümumilikdə, 54 mərtəbəli möhtəşəm binanın tikintisi reallaşdırılacaq.

Azərbaycanda aqrar sahənin inkişafına dəstək verən şirkət Samux rayonunda 500 hektarlıq ərazidə heyvandarlıq kompleksinin tikintisi layihəsini həyata keçirəcək.500 baş xüsusi növ iribuynuzlu heyvan yetişdirilib ət və ət məhsulları ixrac olunacaq. Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin bazarlarına Azərbaycan məhsulu “Made in Azerbaijan” brendi altında satışa çıxarılacaq. 

Şirkət həmçinin, layihələr həyata keçirdiyi bölgələrdə investisiya mənfəəti hesabına bir sıra sosial yönümlü proqramların icrasında yaxından iştirak edəcək. Məktəblərin, bağçaların inşası və digər sosial layihələrin həyata keçirilməsi planlaşdırırlır. Göygöldə 3 məktəb və 2 uşaq bağçası,  Qusarda 3 ədəd məktəb və 100 uşaqlı və 80 nəfərlik bağça-körpələr evi, Samux və Gəncədə 2 uşaq bağçası və 480 və 264 şagirdlik məktəblər, Dəliməmmədli kəndində 1200 şagirdlik məktəb tikilib istifadəyə veriləcək.

Nigar Məmməddli

Fotolar: Nuran Məmmədov














Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi