Rus aparıcı özünü hovuza atdı - Video

rus-aparici-ozunu-hovuza-atdi
Oxunma sayı: 1419

Xəbər verdiyimiz kimi, mayın 29-a kimi Türkiyədə "Alanya film festivalı" keçirilir.

"Qafqazinfo" xəbər verir ki, festival çərçivəsində bu gün Azərbaycan istehsalı olan "Çölçü" filmi nümayiş etdirilib. Nümayişdən öncə isə festivalda iştirak edən aktyorlar, ssenarist, rejissor və media nümayəndələri üçün gəzinti təşkil olunub. Gəzinti maraqlı məqamlarla yadda qalıb. Rusiyanın məşhur aparıcı-aktyoru Valeri Yaremenko soyunaraq özünü hovuza atıb. Onun bu addımı iştirakçıların alqışına səbəb olub. Bundan əlavə, günün sonunda festival heyəti üçün şənlik təşkil olunub. Gecədə Azərbaycan nümayəndə heyətinin üzvləri Fəxrəddin Manafov, Mehriban Zəki və Gülzar Qurbanova qatılmayıb.

Bildilrilib ki, M.Zəki xəstələnib və bu səbəbdən iştirak etməyib. Şənlikə İlqar Səfər, Şamil Əliyev və Bəhruz Vaqifoğlu qatılıb. Həmçinin, Rusiyanın məşhur aktrisası İrina Bezrukova ilə Bəhruz Vaqifoğlunun romantik rəqsi hər kəsin diqqətini çəkib. Hətta, aktrisa mətbuata açıqlamasında Vaqifoğlunu aktyor kimi çox bəyəndiyini bildirib.