Rus bölməsi üçün ayrılan yerlər 1 günə doldu

rus-bolmesi-ucun-ayrilan-yerler-1-gune-doldu
Oxunma sayı: 2358

Xəbər verdiyimiz kimi, Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə fevralın 22-dən başlanılıb. Paytaxtda www.mektebeqebul.edu.az elektron sistemi işə düşən an məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatik I sinfə qəbul edilib

“Qafqazinfo” xəbər verir ki, təhsil eksperti Kamran Əsədov qəbulla bağlı bəzi məqamlara aydınlıq gətirib. O, Bakı şəhəri üzrə bütün orta məktəblərin rus bölməsi üçün birinci sinfə ayrılmış yerlərin 1 gün ərzində tamamilə dolduğunu və bunun çox təhlükəli tendensiya yaradacağını bildirib.

Ekspertin paylaşımına oxucuların münasibəti birmənalı olmayıb. Belə ki, valideynlərdən biri 138 və 145 nömrəli məktəblərdə rus bölmələrinin yarım gün ərzində dolduğunu, 145 nömrəli məktəbdə isə 1 F sinfinə sonuncu şagirdi qeyd etdiyini bildirib.

Qeyd edək ki, Gəncə və Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən ümumi təhsil müəssisələrinə qeydiyyat 12 mart tarixində başlayacaq.

Ülviyyə