Rus deputat türkiyəli ananın qarşısında diz çökdü - Fotolar

rus-deputat-turkiyeli-ananin-qarsisinda-diz-cokdu-fotolar
Oxunma sayı: 632

“Qafqazinfo”nun məlumatına görə, rus gənc yatağa məhkum qaldığı gündən danışa bilmir, eşitdiklərindən də çox az kəlmələri anlayır. Həkimlər dəfələrlə cərrahiyyə əməliyyatı keçirərək onun vücudunu, demək olar ki, yenidən bərpa ediblər. Dəhşətli qəza rus gəncin sağlamlığı ilə yanaşı, onun keçmişini də əlindən alıb. O gəncin adını indi də kimsə bilmir.

Gülsüm ana xəstəxanada baldızına qulluq edərkən, elə həmin günlərdə xəstəxanaya ağır yaralanan, qəza keçirmiş rus gənci gətiriblər. Gülsüm ana Akdeniz Universitetinin xəstəxanasında rus gəncə bir il qulluq edib, sonra isə evinə aparıb. Türkiyənin rəsmi dövlət qurumları Gülsüm anaya yardım ediblər, ad və soyadı bilinməyən rus gəncə Ümid adı veriblər.

Rusiyanın ən populyar teleproqramlarından biri olan “Pust qovoryat”ın ötən buraxılışı Gülsüm anaya həsr olunan və studiyadakı qonaqlarla yanaşı, aparıcı Andrey Malaxov da türk ananın sonsuz müdrikliyindən, məhəbbətindən təsirlənərək onun əlini öpüb.

Türkiyənin Antalya şəhərində yaşayan Gülsüm Kabadayının oğlu kimi baxdığı rus gəncə Mustafa Öz ad və soyadı ilə pasport verilib. Nina Serebrennikova da Gülsüm ana və onun oğlu kimi baxdığı rus gənc barəsində bir saatlıq sənədli film çəkib.

Proqramın aparıcısı Andrey Malaxov studiyada Gülsüm anadan soruşub ki, Rusiya və Türkiyə arasındakı münasibətlərə verdiyi töhfəni nə siyasətçilər, nə də bir kimsə edə bilməz. Artıq dörd ildir hər gün rus gəncə qulluq edirsiniz, oğlunuz kimi baxırsınız. Bu qədər gücü, qüvvəni haradan alırsınız?

Gülsüm Kabadayı cavab verib ki, Allahımdan, dövlətimdən, həkimlər və bütün türk analardan dəstək, güc, qüvvə alıram. Allahıma, dövlətimə güvənirəm.

Bu sözləri eşidən Rusiya Dövlət Dumasının deputatı Roman Xudyakov ayağa duraraq Gülsüm anaya yaxınlaşıb, onun qarşısında diz çökərək əlini öpüb.