Rus diplomat Kiyevdə qadınla uşağını vurub

rus-diplomat-kiyevde-qadinla-usagini-vurub
Oxunma sayı: 1025

Rusiya səfirliyinin əməkdaşı Kiyevdə piyada keçidində iki nəfəri vurub.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib. Diplomatik nömrəsi olan avtomobil yolu keçən 1959-cu il təvəllüdlü qadını və uşağını vurub. Sükan arxasında da diplomat Çingiz Muhamadyevin özü olub. Müayinə zamanı qanında alkoqol aşkar edilməyib. 

Qadın xəstəxanaya qapalı sınıqlarla çatdırılıb, azyaşlı qızına isə çanaq zədələnməsi diaqnozu qoyulub. Zərərçəkən bildirib ki, sürücü özü qəza zamanı onlara ilkin yardım göstərib.