Rus diplomatlar ölkələrdən çıxarılır - Daha 20 dövlət prosesə qoşulacaq

rus-diplomatlar-olkelerden-cixarilir
Oxunma sayı: 4974

Avropanın 20 dövləti ingilis agent Sergey Skripal ilə qızı Yuliyanın zəhərlənməsi faktına görə rusiyalı diplomatları ölkəsindən göndərməyə hazırlaşır.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “The Times” nəşrinin məlumatında bildirilir.

Nəşrin məlumatına görə, martın 26-da Avropa İttifaqının Moskvadakı səfiri Markus Ederer 4 həftəliyə geri çağırılacaq.

Qəzet adını açıqlamaq istəməyən mənbəyə istinadən xəbər verir ki, diplomatların ölkədən göndərilməsi prosesinə Fransa, Almaniya, Polşa, İrlandiya, Niderland, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Latviya və Litva da qoşulacaq.

Xatırladaq ki, martın 6-da Rusiya vətəndaşı olan və ingilis kəşfiyyat xidməti MI6-ya çalışan Sergey Skripal qızı Yuliya ilə birlikdə İngiltərədə zəhərlənib. Bu hadisədən sonra Rusiya ilə İngiltərə arasında münasibətlər gərginləşib. Belə ki, Böyük Britaniyanın baş naziri Tereza Mey olayla əlaqədar 23 rus diplomatın deportasiya edildiyini, onlara ölkəni tərk etmələri üçün bir həftə vaxt verildiyini elan etmişdi.