Rus general Əsədi Putinlə addımlamağa qoymadı - Öz ölkəsində...+Video

rus-general-esedi-putinle-addimlamaga-qoymadi
Oxunma sayı: 5391

Rusiya prezidenti Putinin ötən gün Suriya səfəri zamanı maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Hmeymim hərbi bazasında baş tutan görüş əsnasında rus general Bəşər Əsədə Putinlə yanaşı addımlamağa mane olub.

Belə ki, general qırmızı xalçada yeriyən Əsədin qolundan tutaraq Putinin yanına getməsinə izn verməyib. Öz ölkəsində qonaq kimi davranmaq məcburiyyətində qalan Əsədin bu görüntüləri dünya mediasında görüşün əsas müzakirə mövzularından olub.