Rus hərbçi Ermənistanda 57 yaşlı qadını döyərək öldürüb - Səfirlikdən təkzib

rus-herbci-ermenistanda-57-yasli-qadini-doyerek-oldurub
Oxunma sayı: 1285

Rusiyanın 102 saylı hərbi bazasının hərbçisi Ermənistanın Gümrü şəhərində 57 yaşlı xadiməni xüsusi qəddarlıqla qətlə yetirib. 

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, xəstəxanaya aparılan qadın yolda dünyasını dəyişib. Həmin şəxsin Gümrü polisi tərəfindən saxlanıldığı bildirilir. 

Rusiyanın Ermənistandakı səfirliyi isə rus əsgərinə qarşı irəli sürülən ittihamları rədd edib. 

Səfirlikdə olan məlumata görə, rus hərbçi dekabrın 3-də xidmətə çıxmayıb. Belə olan halda isə reqlamentə görə, rusiyalı hərbçilər yerli hüquq mühafizə orqanlarını bununla bağlı məlumatlandırıblar. Onun axtarışa verilməsi isə bu gün baş verən qətl hadisəsində adının hallanmasına səbəb olub. Lakin səfirlik hərbçinin cinayətlə əlaqəsinə dair hələ ki, heç bir faktın aşkarlanmadığını bildirib.