Rus jurnalistlərlə bağlı tədbir görüləcək

Rus jurnalistlərlə bağlı tədbir görüləcək
Oxunma sayı: 453


“Qafqazinfo” xəbər verir ki, bunu Aktual.az-a Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Rusiyanın tanınmış idman jurnalistlərinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlərini şərh edərkən deyib. Onun sözlərinə görə, məsələ səfirliyimizin ciddi nəzarətindədir: "Onu da qeyd edim ki, Azərbaycanın işğal olunmuş ərazilərinə edilən qanunsuz səfərlər məsələsində Azərbaycanın mövqeyi qətiyyətli və prinsipialdır. Bu səfərlərlə bağlı konkret bir nəticə əldə olunandan sonra tərəfimizdən müvafiq tədbir görüləcək".

Xatırladaq ki, bir müddət əvvəl ölkə mətbuatında bir qrup rus jurnalistin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərləri barədə məlumat yer alıb.

Rus jurnalistlər mayın 31-də Xankəndində 8 yerli, 2 Moskva komandasının yarışdığı futbol turnirində iştirak ediblər. Onların arasında “NTV Plyus” telekanalının əməkdaşı, əslən Bakı ermənisi olan Nobel Arustamyan, “R-Sport” idman agentliyinin müxbiri Maksim Allanazarov, “Perest” telekanalının idman müxbiri İqor Kitmanov, “NTV Plyus”-un şərhçisi Filipp Kudryavtsev də var. Jurnalistlər Xankəndində çəkdirdikləri şəkli sosial şəbəkədə paylaşıblar.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi