Rus kapitanı qətlə yetirən azərbaycanlılar dindirildi- - Video

rus-kapitani-qetle-yetiren-azerbaycanlilar-dindirildi-
Oxunma sayı: 4031


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, məlum olub ki, kapitan Sergey Jadobkin cinayətkarları saxlamağa çalışan zaman qətlə yetirilib. Vəzifəsini icra edərkən odlu silahdan açılan atəşlə qətlə yetirilən kapitanın ölümündən sonra mükafatlandırılacağı deyilir. 

Oğurluq etdiyi üçün axtarışda olan  və kapitanı qətlə yetirən 48 yaşlı azərbaycanlının saxlanılan digər dostları isə dörd saata yaxın dindiriliblər. Saxlanılanlar rus dilini bilmədikləri üçün  vaxtın çox hissəsi tərcümə axtarmağa sərf olunub. 

Kapitanı qətlə yetirən Mirzə Sarıyev isə hazırda xəstəxanadadır. Belə ki, saxlanılan zaman o, özünü ayağından yaralayıb. Yaxın saatlarda ona qarşı ittiham irəli sürüləcək.