Rusiyanın məşhur müğənnisi Maşa Rasputina həyat yoldaşı Viktor Zaxarovu evdən qovub. “Qafqazinfo” xəbər verir ki, buna səbəb Zaxarovun 5 kq çəki alması olub. Müğənni həyat yoldaşının 1 həftə ərzində arıqlamasını tələb edib, əks halda V. Zaxarovla yollarını ayıracağını söyləyib.
Məlumatı sənətçinin həyat yoldaşı Rusiya KİV-lərinə təsdiqləyib. O, qeyd edib ki, xanımı ilə bu mövzuda mübahisə edərək evdən ayrılıb. “Mənə dedi ki, bir həftəyədək arıqlamasan evə qayıtma”, - deyə Viktor bildirib.