Rus müğənni ərini kökəldiyi üçün evdən qovdu

rus-mugenni-erini-kokeldiyi-ucun-evden-qovdu
Oxunma sayı: 3678

Rusiyanın məşhur müğənnisi Maşa Rasputina həyat yoldaşı Viktor Zaxarovu evdən qovub. “Qafqazinfo” xəbər verir ki, buna səbəb Zaxarovun 5 kq çəki alması olub. Müğənni həyat yoldaşının 1 həftə ərzində arıqlamasını tələb edib, əks halda V. Zaxarovla yollarını ayıracağını söyləyib. 

Məlumatı sənətçinin həyat yoldaşı Rusiya KİV-lərinə təsdiqləyib. O, qeyd edib ki, xanımı ilə bu mövzuda mübahisə edərək evdən ayrılıb. “Mənə dedi ki, bir həftəyədək arıqlamasan evə qayıtma”, - deyə Viktor bildirib.