Rus müxalifətçi Londonda ölü tapıldı - Daha bir siyasi qalmaqal

Rus müxalifətçi Londonda ölü tapıldı
Oxunma sayı: 5544

Rusiya prezidenti Vladimir Putinə rəqib olan rus oliqarx Boris Berezovskinin ən yaxın adamlarından olan Nikolay Qluşkov Londonda ölüb.

“Qafqazinfo” xəbər verir ki, 68 yaşlı Qluşkovun cansız bədənini ailə üzvləri tapıblar. Onun ölüm səbəbi bilinmir. Bu barədə “The Guardian” məlumat verib.

Məlumat üçün bildirək ki, Berezovski 1999-cu ildə korrupsiya və çirkli pulların yuyulmasına görə 5 il həbs cəzası alıb, daha sonra İngiltərəyə sürgün edilib. Qluşkov da bu illər ərzində onun yanında çalışmağa davam edib.

Qeyd edək ki, ötən həftə Rusiya vətəndaşı olan və ingilis kəşfiyyat xidməti MI6-ya çalışan Sergey Skripal qızı Yuliya ilə birlikdə İngiltərə zəhərlənmişdi.

Bu səbəbdən son günlər Rusiya və İngiltərə arasında siyasi gərginlik yaşanır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi