Rus qadın zorla Azərbaycan səfirliyinə girmək istədi

rus-qadin-zorla-azerbaycan-sefirliyine-girmek-istedi
Oxunma sayı: 3339

Rus qadın Azərbaycan səfirliyi qarşısında qarşıdurma yaradıb. 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Moskvada Azərbaycan səfirliyinin qarşısında baş verib. İnsident oktyabrın 8-də qeydə alınsa da, mətbuat bu gün xəbər tuta bilib.

Belə ki, Olqa adlı qadın iş saatının bitməsinə baxmayaraq, səfirliyin binasına soxulmağa çalışıb. Spirtli içkinin təsirində olan qadına səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşları mane olmağa çalışıblar. Söyüş söyən və qışqıran qadın Azərbaycana getmək istədiyini deyib.

Səfirlik əməkdaşları polis çağırıblar və qadın saxlanılıb.