Rus repçini Dağıstana buraxmırlar

rus-repcini-dagistana-buraxmirlar
Oxunma sayı: 1777

Rusiyanın məşhur rep ifaçısı Eqor Kridin Dağıstandakı konserti boykot edilir.  “Qafqazinfo” xəbər verir ki, onun sentyabrın 9-da Maxaçqalada keçirəcəyi musiqi gecəsi yerli əhali tərəfindən etirazla  qarşılanıb.

Konsert öncəsi Eqora qarşı sosial şəbəkələrdə kampaniyalar aparılır, repçinin ünvanına tənqid və təhqirlər yazılır.  Hətta yaradılan “event”lərdə “Kridin konsertinə gedən kişi deyil”, “Burdan sağ getməyəcəksən, bizim torpaqlara ayaq basma” kimi şərhlər qeyd olunur.  Onlar E. Kridi kişi kimi qəbul etmədiklərini bildiriblər.

Eqor isə hadisəyə instaqram səhifəsində cavab verib: “Düşünürəm ki, belə rəyləri və ağılsız insanları görməmək üçün səhifəmi bağlamaq istəyirəm”.