Rus rəqqasə Misirdən qovulur - Açıq geyimlərinə görə

rus-reqqase-misirden-qovulur
Oxunma sayı: 4150

Misirdə “Gawhara” ləqəbi ilə fəaliyyət göstərən rəqqasə Yekaterina Andreyeva deportasiya olunur. 

“Qafqazinfo” xəbər verir ki, oriyental rəqs ifaçısı çox açıq-saçıq geyindiyi üçün “beynəlxalq təhlükəsizliyə təhdid” ittihamı ilə Misirdən qovulur. 

Səlahiyyətli qurumlar Yekaterinanın ölkədən sürgün edilməsi barədə qərar verib. Bununla bağlı rəsmi açıqlama da yayılıb:

“31 yaşlı rəqqasə standartlardan kənar geyimdən istifadə edərək gənclərin cinsi istəklərini artırmaqla məşğuldur. Rus xanımın Misirdə yaşamaq və çalışmaq üçün lazımı icazəsi yoxdur”.