Rus səfir əməkdaşların ixtisara salındığını açıqladı

rus-sefir-emekdaslarin-ixtisara-salindigini-aciqladi
Oxunma sayı: 1170

Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko səfirlik əməkdaşlarının ixtisara salındığını bəyan edib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, səfir bu addımı Böyük Britaniyanın rus diplomatlarını ölkədən qovması ilə əlaqələndirib. Onun sözlərinə görə, ixtisar səfirliyin fəaliyyətinə ciddi təsir göstərəcək: “Təxminən işçilərin 40%-ni təşkil edir. Şübhəsiz ki, bu, işlərə pis təsir edəcək.”  

Xatırldaq ki, Böyük Britaniya  Rusiya vətəndaşı, ingilis kəşfiyyatına işləyən keçmiş cəsus Sergey Skripalla qızının İngiltərədə zəhərlənməsi olayına görə 23 rus diplomatı deportasiya edib.

Aysel Kərimova