Rus səfirin pul kisəsini oğurladılar

rus-sefirin-pul-kisesini-ogurladilar
Oxunma sayı: 1552

Rusiyanın Rumıniyadakı səfiri Valeri Kuzmini soyublar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, oğurluq hadisəsi diplomat Sibiu şəhərində olarkən baş verib. Məlumatı təsdiqləyən diplomatik mənbələr bildiriblər ki, Kuzmin həyat yoldaşı ilə şəhərin Böyük Meydanında gəzərkən naməlum şəxs onun pul kisəsini oğurlayıb. Portmanatda 1250 lev (təxminən 300 dollar), 250 dollar, diplomatik kart və şəxsiyyət vəsiqəsi olub. Səfirlik isə hələlik məlumatı təsdiqləməyib.

Aysel Kərimova