Rus telekanalından Sarkisyana sərt sözlər - Video

rus-telekanalindan-sarkisyana-sert-sozler
Oxunma sayı: 3172

Noyabrın 19-da Rusiya Müdafiə Nazirliyinin rəsmi media orqanı olan "Zvezda" ("Звездa") telekanalının "Proqnozı" ("Прогнозы"; tərcümədə "Proqnozlar"-red.) proqramının müəllifi və aparıcısı Veronika Kraşeninnikova Ermənistanın mövcud iqtidarını sərt tənqid edib və onların faşist idelologiyası ilə yaşadığını ifşa edib. 

“Qafqazinfo” Milli.az-a istinadən xəbər verir ki, o, rəsmi İrəvanın bir neçə gün sonra Avropa Birliyi ilə genişləndirilmiş tərəfdaşlıq haqqında sazişi imzalamaq istəyini Ukraynanın siyasi kursu ilə müqayisə edib.

Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü, Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi olan Ermənistanın indi də Avropa Birliyinə üzv olmağa hazırlaşdığını vurğulayan müəllif daha sonra bu ölkənin iqtidarının faşizmi dəstəklədiyini deyib:

"Ukrayna kimi Ermənistan da Avropa Birliyi ilə siyasi dialoqa girir, onlar bunu belə adlandırır. Sitat gətirirəm, bu dialoq xarici siyasətdə və təhlükəsizlik məsələlərində əməkdaşlığın səmərəliyini artıracaq.

AB ilə assosiasiya Ermənistanın Ukraynanın eynisini etdiyi yeganə şey deyil. Buna inanmaq çətindir, amma İrəvan da faşizmin qulluqçularını qəhrəmanlaşdırır.  Belə ki, 2016-cı ilin may ayında İrəvanda Qaregin Njdeyə (Arakel Ter-Arutunyan (1886-1955) -red.) abidə ucaldıldı. Bu, ermənilərin "Bandera"sıdır (Stepan Bandera (1909-1959) Ukraynanın milliyyətçi siyasətçi olub - red.). Njde 1942-ci ilə III Reyxə Sovet Ermənistanının Almaniyanın koloniyasına çevrilməsi xahişi ilə müraciət edib. Məhz o "SS"in erməni legionunu yaradıb və erməni hərbi əsirləri arasında "Kim Almiaya uğrunda ölürsə, Ermənistan uğrunda ölür", - deyə təbliğat aparıb. Bu abidə Böyük Vətən Müharibəsi illərində cəbhədə mərdliklə vuruşan erməni xalqının xatirəsinə böyük təhqirdir. 106 erməni Sovet İttifaqı Qəhrəmanı olub. Lakin Njde onun nasional-konservatizm ideologiya ilə hakim Republika Partiyasının qəhrəmanıdır".

Sonra V.Kraşeninnikova Ermənistanın Respublika Pariyasının loqotipini nümunə göstərib. Onun sözlərinə görə, bu loqotip II Reyxin simvoluna bənzəyir: "Bu yaxınlarda mən Ermənistanın Respublika Partiyasının rəhbərliyi ilə görüşdüm. Mənim loqotip barədə sualıma, siz inanmazsız, amma partiyanın rəhbərlərindən biri təsdiq etdi ki, bəli, biz ari irqik. Görünür, biz Ermənistanın hakim dairələnin bəzi nümayəndələri barədə bəzi şeyləri bilmirik... Onlar həqiqətənmi Ermənistanı Ukraynanın yolu ilə aparmağa çalışırlar?!"   

Qeyd edək ki, Ermənistan hakimiyyətinin ideallaşdırdığı faşist Qaregin Njde həmçinin, hələ Qafqaz sovetləşməzdən əvvəl Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlərdə yüzlərlə soydaşımızın qətlə yetirilməsində şəxsən iştirak edib.  

Oxuculara Rusiya Müdafiə Nazirliyinin "Zvezda" telekanalında faşist Ermənistanı barədə süjetin (19:30-21:37 dəq.) yer aldığı həmin verilişi təqdim edirik: