Rus turistlər yenə birinci yerdədir - Siyahı

Rus turistlər yenə birinci yerdədir
Oxunma sayı: 1157

Bu ilin ilk 9 ayı ərzində Azərbaycana səfər edən turistlərin siyahısına yenə də Rusiya vətəndaşları liderlik edir.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, Azərbaycana səfər edənlər arasında sonrakı yerləri Gürcüstan, İran, Türkiyə turistləri tutur.

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana Rusiyadan 661 349, Gürcüstandan 397 038, İrandan 301 012, Türkiyədən 222 258 nəfər xarici vətəndaş gəlib.

Yanvar-sentyabr aylarında Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) Azərbaycana 77 963 nəfər səyahət edib.

Siyahıda 6-cı yerdə qərarlaşan İraqdan Azərbaycana 51184, 7-ci yerdə olan Ukraynadan 44 592, 8-ci yerdə olan Səudiyyə Ərəbistanından 30 587, 9-cu yerdə olan Qazaxıstandan 27 980, 10-cu yerdə olan Birləşmiş Krallıqdan 24 253 nəfər gəlib.

Azərbaycana turistin çox gəldiyi ölkələrin sırasında Oman, Özbəkistan, Almaniya, Küveyt və s. də var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi