Rus xalqı deputatlarını seçir

rus-xalqi-deputatlarini-secir
Oxunma sayı: 645

Bundan başqa, xaricdə 369 seçki məntəqəsi yaradılıb. Bu məntəqələrdə 1,8 milyondan çox rusiyalının səs verəcəyi gözlənilir.

Müasir Rusiyanın tarixində ilk dəfədir qeydə alınmış bütün siyasi partiyalar seçkiyə buraxılıb.

Azərbaycanda müvəqqəti olan və ya yaşayan Rusiya vətəndaşları da Dövlət Dumasına seçkilərdə səs verə bilər. Rusiyanın Azərbaycandakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycanda iki seçki məntəqəsi fəaliyyət göstərəcək. Səfirlik Azərbaycanda olan Rusiya vətəndaşları üçün konsul bölməsinin binasında və Azərbaycanın şimal-qərbindəki Qəbələ rayonunun inzibati mərkəzindəki “Dəryal” analitik-informasiya mərkəzi şəhərciyinin ərazisində seçki məntəqələri açıb.Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 20:00-dək açıq olacaq. Hazırda Azərbaycanda 6 mindən artıq Rusiya vətəndaşı səfirliyin konsul uçotundadır.

Bundan başqa, Milli Məclisinin deputatları Yevda Abramov və Azər Badamov Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək üçün dekabrın 4-dən 5-dək Dağıstanın Dərbənd şəhərində səfərdə olacaqlar. Deputatlar Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidəçiləri qismində səsvermənin gedişini izləyəcəklər. Onlar bir sıra seçki məntəqələrində olacaq, seçki prosesini müşahidə edəcəklər.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti də Rusiyanın Dövlət Dumasına seçkiləri müşahidə edəcək. Məlumata görə, MSK həm ayrıca, həm də MDB müşahidə missiyasının tərkibində seçkilərin müşahidəsində iştirak etməlidir.