Rusiya 36 tondan çox Azərbaycan pomidorunu geri qaytarıb

Rusiya 36 tondan çox Azərbaycan pomidorunu geri qaytarıb
Oxunma sayı: 1794

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikası və Stavropol Vilayəti üzrə İdarəsi 36,5 ton Azərbaycan pomidorunu geri göndərib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, gömrük məntəqəsində müvəqqəti saxlanma anbarlarında pomidorlara baxış zamanı onlarda Cənubi Amerika tomat güvəsi aşkar edilib. Bakteriyaların mövcudluğunu laboratoriya ekspertizasının nəticələri də təsdiqləyib.

Karantin məhsulların Rusiya ərazisinə keçirilməsi qadağan edilib və onlar yükü göndərənlərə geri qaytarılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi