“Rusiya-ABŞ arasındakı fikir ayrılıqları Qarabağ münaqişəsini...” - Lavrov

rusiya-abs-arasindaki-fikir-ayriliqlari-qarabag-munaqisesini
Oxunma sayı: 1531

“Vaşinqtonun rusofobiya siyasəti ilə bağlı Rusiya və ABŞ arasındakı dərin fikir ayrılıqlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı əməkdaşlıq zədələnməyib”. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan XİN başçısı Sergey Lavrov deyib:

“Heç cür təsir etmir. Bizim əlaqələrdə hazırda cəmləşən çox dərin fikir ayrılıqlarına baxmayaraq, Qarabağ münaqişəsinin nizama salınması həmsədr ölkələrin nöqteyi-nəzərindən unikaldır.

Əlbəttə, əlaqələrin bir çox sferası dərin bir çıxılmazın içərisindədir. Lakin Qarabağ münaqişəsinin nizama salınması üzrə əməkdaşlıq ikitərəfli işlərimizdə baş verənlərə görə zərər çəkməyib”. 

Sergey Lavrov, həmçinin bildirib ki, Azərbaycan və Rusiya terrorizmlə mübarizənin ikili standartlardan kənar aparılmasının tərəfdarıdır: “Hazırda Suriyada müşahidə etdiyimiz kimi heç kim terrorçuları ani məqsədləri üçün yol yoldaşı qismində istifadə etməsin”.