Rusiya ABŞ-la səfir məsələsində razılaşdı

rusiya-abs-la-sefir-meselesinde-razilasdi
Oxunma sayı: 647

Rusiya ABŞ-ın Con Hantsmanı ölkəyə səfir göndərməyinə razılıq verib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Biz razılıq vermişik”, - deyə o, “Rossiya-1” telekanalının efirində çıxışı zamanı söyləyib.

Qeyd edək ki,  ABŞ prezidenti Donald Tramp Yuta şatının keçmiş qubernatoru C. Hantsmanın Rusiyaya səfir təyin olunmağı ilə bağlı namizədliyini irəli sürüb. Hantsman bundan öncə ABŞ-ın Çin və Sinqapurda səfiri olub.

ABŞ-ın Rusiyadakı indiki səfiri Con Tefftanın səlahiyyət müddəti payızda başa çatır.