Rusiya avtomobillərə embarqo qoya bilər

rusiya-avtomobillere-embarqo-qoya-biler
Oxunma sayı: 911


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bunu "Vedemosti" qəzeti avqustun 18-də yazır.

Rusiya daxilində maşın istehsal edən xarici şirkətlərə bu, o qədər də təsir etməyəcək. Ancaq "Daimler AG Mercedes-Benz" kimi maşın istehsalçıları ciddi zərər görə bilər. Çünki onların bütün modelləri Rusiyaya xaricdən gətirilir.

Avropa Avtomobil İstehsalçıları Komitəsinin sədri Joerg Schreiber deyib ki, “biz ciddi narahatıq. Biz ümid edirik ki, Rusiya belə bir qərar verəndə iki dəfə fikirləşəcək”.

Ancaq Rusiya bir dəfə deyəsən, fikirləşib. "Vedomosti" yazır ki, minik maşınlarına embarqo təklifi meyvə-tərəvəzə embarqo ilə birlikdə Putinin masası üzərində idi. Ancaq Putin maşınlara embarqonu sanksiyalar siyahısından çıxartdı.