Rusiya Ayda baza tikmək istəyir

rusiya-ayda-baza-tikmek-isteyir
Oxunma sayı: 1551

Rusiya uzunmüddətli turizm səfərlərini həyata keçirmək üçün Ayın səthində baza inşa etmək niyyətindədir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Roskosmos”un rəhbəri Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) rəhbəri Dmitri Roqozin məlumat verib.

Onun sözlərinə görə, öncə Ayda müvafiq araşdırmalar aparılacaq və bazanın yeri müəyyənləşdiriləcək.

“Roskosmos” rəhbəri deyib ki, bu baza daimi yaşamaq üçün planlaşdırılmayıb.

Qeyd edək ki, Rusiya 2030-cu ildə Aya kosmonavt göndərməyi planlaşdırır.