Rusiya Azərbaycana hərbi texnika göndərəcək

rusiya-azerbaycana-herbi-texnika-gonderecek-
Oxunma sayı: 2005


“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya müəssisədən məlumat verilib.
 
Azərbaycana göndəriləcək hərbi texnikanın arasında TOS-1A “Solntsepyok” ağır odatanlarının (oqnemyotnaya sistema) 6 maşından ibarət ikinci partiyası yer alacaq.
 
Bundan başqa, müəssisə Azərbaycanın sifariş verdiyi TMM-6 mexanikləşdirilmiş körpüləri və İMR-3M mühəndis-istehkam maşınlarının ilk partiyasını Azərbaycana göndərir. Azərbaycana ilk olaraq 3 ədəd İMR-3M yola salınacaq.
 
TOS-1A “Solntsepyok” ağır odaatanlarının atəş məsafəsi 6 min metr, bir raketin məhvetmə sahəsi isə raketin tipindən asılı olaraq 25 min kvadratmetrdən 40 min kvadratmetrədəkdir (2.5-4 hektar).
 
Qeyd edək ki, Azərbaycan 2011-ci ildə UVZ müəssisəsinə 100 ədəd T-90S tankı, 100 ədəd BMP-3M, 18 ədəd 2S31 “Vena”, 18 ədəd 2S19 “Msta-S” özüyeriyən haubitsası, 18 ədəd TOS-1A “Solntsepyok” ağır odaatanı, həmçinin TMM-6 mexanikiləşdirilmiş körpüləri, MTU-90M tank körpüsalanları, bu il isə İMR-3M mühəndis istehkam maşınları sifariş verib.