“Rusiya Azərbaycanı məğlub edə bilmirsə…”

rusiya-azerbaycani-meglub-ede-bilmirse-
Oxunma sayı: 631

Rəqibin heyətində ulduz futbolçular var və bunun məsuliyyətini başa düşürük. Ancaq bizim də pis kollektivimiz yoxdur".

“Qafqazinfo”nun Korner.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya millisinin futbolçusu Aleksandr Anyukov deyib.

Oktyabrın 16-da DÇ-2014-ün seçmə qrup mərhələsinin növbəti oyunu çərçivəsində millimiz ilə qarşılaşacaq şimal qonşularımız bu və Portuqaliya oyunlarına ciddi hazırlaşır: "Portuqaliyanı məğlub etsək, Azərbaycan önündə də yüksək motivasiya ilə çıxacağıq. Düzdür, bu komandanı portuqallarla müqayisə etmək olmaz. Ancaq istənilən halda rəqibə ciddi yanaşıb meydançadan 3 xalla ayrılmaq lazımdır. Başqa nəticə haqda düşünmək belə istəmirəm. Rusiya Azərbaycanı məğlub edə bilmirsə, dünya çempionatına necə gedəcək?”.