Rusiya Bərzani ilə razılaşdı - Neft axtarılacaq

rusiya-berzani-ile-razilasdi
Oxunma sayı: 1871

Rusiyanın “Rosneft” şirkəti ilə İraq Kürd Regional Hökumətinin rəhbəri Məsudf Bərzani arasında Şimali İraqda neft axtarışı aparılması üçün razılaşma əldə edilib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, “Rosneft” bunun üçün qarşı tərəfə 400 milyon dollar ödəyəcək.

Məlumata görə, axtarışlar 5 bölgədə aparılacaq. Müsbət nəticə əldə ediləcəyi təqdirdə, istehsala 2021-ci ildə başlanılacaq.