Rusiya beynəlxalq sularda manevrlərə başladı

rusiya-beynelxalq-sularda-manevrlere-basladi
Oxunma sayı: 642

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Rusiya hərbi gəmiləri beynəlxalq sularda hərbi manevrlər edir.
Rusiya mətbuatında yer alan məlumatlara görə, hərbi gəmiləri NATO-nun helikopterləri və gəmiləri müşahidə edir.

Hərbi manevrlərinin səbəbi “düşmənə aid dəniz altından qaynaqlanan təhdidlərə qarşı hazır olunması” şəklində açıqlanıb.

Xəbərə görə, hərbi manevrləri izləyən NATO bölgəyə helikopter və kiçik gəmilər göndərib. “Admiral Kuznetsov” gəmisindən izlənmələrini xəbər verən “Vesti” telekanalının müxbiri bildirib ki, NATO helikopterindən Rusiya hərbi gəmilərinin fotoşəkli çəkilib. Bundan sonra iki Rusiya hərbi helikopteri havaya qalxıb.

Aralıq dənizini onlar üçün yad bölgə olmadığını bildirən “Admiral Kuzentsov” gəmisi radio-naviqasiya qrupunun komandiri Aleksey Qolovin bu bölgədə dəfələrlə olduqlarını deyib.

Xəbərdə Rusiya hərbi gəmilərinin bundan sonrakı dayanacğının Malta adasına yaxın beynəlxalq bölgə olacağı bildirilib.