“Rusiya bu dəfə İranın tərəfində olmayacaq” - Şərh

rusiya-bu-defe-iranin-terefinde-olmayacaq
Oxunma sayı: 1404

“İsrailin İrana zərbələrinin sayı artacaq”. 

“Qafqazinfo” xəbər verir ki, bunu İranın Suriyada İran mövqelerini bombalamasını şərh edən politoloq Şahin Cəfərli deyib. O, bu dəfə Rusiyanın İranı dəstəkləməyəcəyini də söyləyib: 

“İsrail İranın onun sərhədlərində güclənməsinə, hərbi bazalar qurmasına, Livana qurudan çıxış və Aralıq dənizinə birbaşa çıxış əldə etməsinə yol verə bilməz. Bu, İsrail üçün var olmaq məsələsidir. Səudiyyə Ərəbistanı ilə İsrailin bu məsələdə maraqları tam üst-üstə düşür. Çünki İran yuxarıdan İraq-Suriya-Livan, aşağıdan Yəmən-Qırmızı dəniz xətti ilə uzanan iki "şiə ayparası" yaradıb ki, bu da S.Ərəbistanı üçün ekzistensial təhlükədir.

Suriyadakı İran qüvvələrini qoruya biləcək yeganə güc Rusiyadır, lakin Moskva İran-İsrail münaqişəsinə qarışmır. Dünən Moskvadakı Qələbə günü tədbirlərinə Netanyahunun da dəvət olunması Putinin İsrail dövləti ilə münasibətlərə verdiyi önəmin daha bir göstəricisidir. Ölçüsü kiçik, çəkisi isə böyük olan İsrail Rusiyaya qarşı ciddi təzyiq vasitələrinə malikdir. ABŞ-dakı (Qərbdəki) İsrail lobbisinin Rusiyaya qarşı sanksiyaları daha da ağırlaşdırmaq gücünə malik olması, İsrail dövlətinin və lobbilərinin Ukrayna ilə Gürcüstana siyasi, maddi, hərbi dəstəyi artırmaq imkanları, Rusiyada kapital sahibi olan oliqarxların arasında yəhudi mənşəlilərin xüsusi yer tutması, ümumən dünya maliyyə sistemində yəhudilərin oynadığı rol Rusiyanı çəkindirən amillərdir”.