Rusiya bu iştirakçıya görə - “Eurovision”nu yayımlamır

rusiya-bu-istirakciya-gore
Oxunma sayı: 2893

Rusiyanın birinci kanalı “Eurovision 2018” mahnı müsabiqəsinin 1-ci yarımfinalını canlı yayımlanmayacaq. “Qafqazinfo” xəbər verir ki, TV Avropa Yayım Şurasının (EBU) qaydalarını pozaraq müsabiqəni daha sonra montaj olunmuş versiyada efirə verəcək.

Buna səbəb isə İrlandiya təmsilçisi Ryan O'Shaughnessy-nin mahnısı və səhnə şousunda eynicinslilər təbliğ etməsidir. 

Bildirilir ki, həmin görüntülər Rusiya adət-ənənələrinə zidd hesab edilir. Bu məqamda qeyd edək ki, mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.