Rusiya Cənubi Qafqazda hərbi təlimlərə başlayır

rusiya-cenubi-qafqazda-herbi-telimlere-baslayir
Oxunma sayı: 644

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, “Qafqaz-2012” adlanan təlimlər Rusiyanın cənubunda, Abxaziya, Cənubi Osetiya və Ermənistanda keçiriləcək. Bu irihəcmli hərbi təlimlərin keçirilməsində əsas məqsədlərdən biri ABŞ-la İran arasında ola biləcək silahlı münaqişələrdə Rusiyanın hərbi hazırlığını təmin etməkdir.
Gürcüstan isə artıq indidən təlimlərə etirazını bildirib. Ölkənin Xarici İşlər Nazirliyi Rusiyanın məqsədyönlü şəkildə işğal edilmiş ərazilərin hərbiləşdirməsini həyata keçirdiyini və beynəlxalq ictimaiyyəti bu məsələyə diqqətli yanaşmağa çağırıb.


Səidə