Rusiya CNN-ə 200 min cərimə kəsdi

rusiya-cnn-e-200-min-cerime-kesdi
Oxunma sayı: 1137

Rusiya Federal Antimonopol Xidməti (FAS) “CNN” telekanalını 200 min rubl (5120,99 AZN) məbləğində cərimələyib.

“Qafqazinfo” xidmətin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb reklam səsinin yüksəklik həddi yayımlanan proqramın (verilişin) səs yüksəkliyi həddindən artıq olması olub. Bu hal bir neçə dəfə təkrarlanıb.

Cərimə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tətbiq edilib.