Rusiya da İrana qarşı çıxdı

rusiya-da-irana-qarsi-cixdi
Oxunma sayı: 625

Mənbənin yazdığına görə, Rusiya rəhbərliyində Münsiflər məhkəməsində qaldırılan iddia ətrafında yaranan xoşagəlməz vəziyyət İranı yaxşılıq bilməz kimi göstərir. “Biz onları dəstəkləyirik, nüvə problemində konstruktiv mövqe tuturuq, onlar isə bizə belə hörmət edirlər”, - deyə mənbə bildirib.

Nəşrlə həmsöhbət olan adı çəkilməyən dövlət nümayəndəsi qeyd edib ki, Moskva əvvələr də Tehrana bu iddianın münasibətlərin inkişafına mane olacağını deyib, lakin bu sözlər “eşidilmədi”. Onun sözlərinə görə, İranın nüvə məsələsi ilə bağlı "altılığ"ın növbəti danışıqlarına qədər Rusiya öz mövqeyini bir daha İrana çatdırmağa çalışacaq. İranın etiraz cavabı verəcəyi təqdirdə, o dünya arenasında bu məsələsini təkbaşına həll etməli olacaq.

Xatırladaq ki, Rusiya ilə İran arasında S-300 raket zenit komplekslərinin tədarükü haqda razılaşma 2007-ci ildə imzalanıb. 800 milyon dollar dəyərində olan razılığın reallaşması mütəmadi olaraq texniki səbəblərə görə ləngiyirdi. Razılaşmanın icrasından imtina etdikdən sonra Rusiya Tehrandan aldığı 167 milyon dolları geri qaytarıb.