Rusiya daha bir ölkəyə “S-400” satacaq

rusiya-daha-bir-olkeye-s-400-satacaq
Oxunma sayı: 6302

Rusiya Türkiyə və Çindən sonra Hindistana da “S-400” zenit-raket kompleksi istehsal edəcək.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fdederativ Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin (FSVTS) direktoru Dmitri Şuqayev məlumat verib.

Onun sözlərinə görə, artıq razılıq əldə olunub və 2018-ci ilin sonunda rəsmi müqavilə imzalanacaq:

“Biz müqaviləni imzalamağa hazırıq. Razılaşmanın təməli atılıb və hər istiqamətdə detallar müzakirə edilib”.