Rusiya DİN-i Ülviyyənin ölümü ilə bağlı məlumat yayıb - Foto

Rusiya DİN-i Ülviyyənin ölümü ilə bağlı məlumat yayıb
Oxunma sayı: 2918

Rusiya DİN-in Həştərxan vilayəti üzrə idarəsi azərbaycanlı jurnalist Ülviyyə Şamilqızınının ölümü ilə bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, faciə yanvarın 23-ü gecə Tambov-Volqoqrad-Həştərxan magistralında baş verib. 30 yaşlı adı açıqlanmayan sürücü idarə etdiyi “Volkswagen Passat” markalı avtomobillə tənzimlənməyən piyada keçidi ilə hərəkət edən 31 yaşlı qadını vurub. 

Hadisə baş verən zaman jurnalistin idmandan qayıtdığı bildirilir. Aldığı zərbədən Ülviyyə hadisə yerində dünyasını dəyişib. 

O, Həştərxan universitetlərindən birinin tələbəsi olub.

Hazırda faktla bağlı prosessual yoxlama aparılır.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi