Rusiya Ermənistana müdaxilə edəcək? - Açıqlama

rusiya-ermenistana-mudaxile-edecek
Oxunma sayı: 3554

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda baş verən hadisələrə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Peskov, yaşanan olayların Ermənistanın daxili işi olduğunu və Rusiyanın prosesləri yaxından izlədiyini bildirib:

“Ermənistan bizim yaxın müttəfiqimizdir. Avrasiya İqtisadi Birliyinə qatılıb. Bu səbəblə bu ölkə bizim üçün çox önəmlidir. Oradakı prosesləri diqqətlə müşahidə edirik”.

Peskov Rusiyanın Ermənistana müdaxilə edib-etməyəcəyi barədə suala isə “Moskva niyə müdaxilə etməlidir ki?” deyə cavab verib.

Qeyd edək ki, 17 apreldə sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsindən sonra kütləvi nümayişlərə start verilmişdi. Sarkisyan təzyiqlərə tab gətirə bilməyərək bu gün istefa verib.